Azərbaycanlı müğənni milli geyimdə-FOTOSESSİYA

Azərbaycanlı müğənni milli geyimdə-FOTOSESSİYA

Gənc və iddialı müğənni Zarina Məmmədova dayanmadan çalışır. Müğənni hər gün səsyazma studiyalarına getməyinə baxmayaraq bayramı da unutmur.

Açıq-saçıq geyimlərdən qaçan ifaçı milli paltarlarımıza xüsusi maraq bəsləyir. Elə bu günki bayram münasibəti ilə də milli geyimə müraciət edən Zarina maraqlı fotosessiya çəkdirib.

"Milli geyimləri çox sevirəm. Dolabımda xeyli pal-paltar olsa da bu cür geyimləri də unutmuram. Ara-sıra müraciət edirəm bu bu libaslara. Novruz bayramı və xüsusən bu çərşənbələri də çox sevirəm. Bu münasibətlə də xalqımı səmimi qəlbdən təbrik edirəm".

Yeni işlərindən söz açan Zarina bayram ərəfəsində planlarından da danışdı: " "Sevmə ürək" klipini yenicə təqdim etdik. İndi yeni mahnılar yazdırmaqla məşğulam. Bir də ki, bu yaxınlarda ad günüm olacaq. Ümumiyyətlə, mart ayını çox sevirəm. Bu ay bizdə bayram-bayrama qarışır".

Onu da bildirək ki, müğənnin ad günü 18 mart tarixində olacaq. Bununla bağlı yerli televiziya kanallarının birində yayımlanan veriliş ona həsr olunacaq.

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə