\"Azərbaycan sənəti Üzeyirlə başlayıb Üzeyirlə də bitəcək\" - FOTO

\"Azərbaycan sənəti Üzeyirlə başlayıb Üzeyirlə də bitəcək\" - FOTO

Azərbaycanlı müğənni Kərim Abbasov şou-biznesdən danışıb. Müğənni həmkarlarından fərqli olaraq şou-biznesdən kiminsə getməyini istəməyib. SİA-ya açıqlama verən Kərim bunları deyib: "Heç kim şou-biznesdən getməsin ki, rəqabət güclü olsun. Yeni simalar artıq gəlməkdədir. Ancaq Kərim Abbasov siması heç vaxt unudulmayacaq. Çünki 10 ildir ki, səhnədəyəm".

Qalmaqallı müğənni ulduzlardan da söz açıb: "Şou-biznesdə hər kəs özünə 1 nömrə deyir. Ancaq mənə elə gəlir ki, oxuyan müğənnilər Nisə Qasımova, Mətanət Əsədova, Röya Ayxan, Natavan Həbibi, Səidə Sultandır. 1 nömrəli müğənnilər isə Ramal İsrafilov, Kərim Abbasov (yəni özümü), Üzeyir Mehdizadədir".

Müğənni onu da deyib ki, Üzeyir Mehdizadəni həmkarlarım qəbul edə bilmirlər: \"Hər kəs sözügedən insana dırnaqarası baxır. Mənim fikrimcə heç də elə deyil. Çünki Üzeyirin mahnıları dinlənilir və sevilir. Öndə gedən müğənnilər sırasında Üzeyir Mehdizadənin adını çəkmək olar. Sözügedən meyxanaçı mədəniyyətli, böyük-kiçik yerini biləndir".


Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə