Azərbaycanlı müğənni kimdən və nədən qorxur?

Azərbaycanlı müğənni kimdən və nədən qorxur?

Azərbaycanın tanınmış qruplarından olan "Qala" qrupunun solisti Ceyhun Əliyev şəxsi həyatından söz açıb. Müğənni sevdiyi xanım olmadığından gileylənib. SİA-ya açıqlama verən Ceyhun bunları deyib: "Sevdiyim şəxs yoxdur. Çünki indi dövrdə kiməsə etibar etmək çətin məsələdir. Seçimimi düzgün etməliyəm ki, sevdiyim xanım bir müddətdən sonra məni arxadan vurmasın. Bəlkə də bu vaxtadək təcrübəsiz olsaydım, arxadan vurulmuşdum. Ancaq heç vaxt imkan vermərəm ki, sevdiyim xanım tərəfindən xəyanətə uğrayım. Artıq fikirləşirəm ki, 29 yaşım var və evlənməliyəm. Çünki hər il yaşımın üstünə yaş gəlir",-deyə ifaçı bildirib.


Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə