17 illik efir təcrübəsi olan aktyoru kim incitdi?

17 illik efir təcrübəsi olan aktyoru kim incitdi?

Azərbaycanlı aktyor Fərda Xudaverdiyev sponsorsuzluqdan şikayətlənib. Aktyor ruh düşgünlüyü yaşadığını dilə gətirib. SİA-ya açıqlama verən Fərda bunları deyib: "Sponsor baxımından çox əziyyət çəkirəm. Çünki bir çox lahiyələrim var ki, hələ də işıq üzü görməyib. Heydər Əliyev Sarayında ikinci dəfə konsert verməyə belə hazıram. Yetər ki, maddi baxımdan kömək edən olsun. Növbəti konsertimi may ayında keçirməyi planlaşdırıram".

Fərda Xudaverdiyev unudulacağından qorxduğunu da etiraf edib: \"Azərbaycanda barmaqla sayılası qədər yumoristik aktyorlar var. Əgər bu gün onlara diqqət edilmirsə, çox biabırçı vəziyyətdir. Ən azından 17 illik efir təcrübəm var. Bəzi kanallar 600 manat verib başımı qatırlar. Ancaq başa düşmürlər ki, aktyorun da şəxsi həyatı var. Ucuz qiymətə görə cavan kadırlara üstünlük verirlər. Ancaq ucuz ətin şorbası olmur. İstedadımı ortaya qoyub nəsə etmək istədim. Təəssüflər olsun ki, gözlədiyimi ala bilmədim. Hal-hazırda ruh düşgünlüyü yaşayıram. Bu gedişlə unudulub gedəcəyəm".


Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə