Azərbaycanın əməkdar artisti Baloğlan Əşrəfov Türkiyənin tanınmış müğənnisi Sezen Aksunun Azərbaycan mahnısı "Sarı gəlin" musiqisini erməni dilində oxumasına münasibət bildirib. Əməkdar artist Türkiyəli müğənniyə sərt ismarıclar göndərib.
SİA-ya açıqlama verən müğənni bunları deyib: "Sezen Aksunun genetikasını yoxlamaq lazımdır. Bəlkə damarlarında erməni qanı axır? Sezen Aksunun Azərbaycan mahnısı "Sarı gəlin" musiqisini erməni dilində oxuması haqda eşidəndə çox əsəbləşdim və sarsıldım. Axı biz azəri türkləriyiz. Türk sənətçisinin Azərbaycan mahnısını erməni dilində oxumasına nə haqqı var? "Sarı gəlin" musiqisi niyə erməni dilində oxunmalıdır? Sözügedən mahnını azərbaycanlı müğənnilərimiz oxuya bilmir? Yoxsa Sezen Aksudan və ya başqa xalqın ifaçılarından pis oxuyuruq?".
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB