Tünzalə Əliyeva: \"Un kisələri mənə çox baha başa gəldi” - MARAQLI

Tünzalə Əliyeva: \"Un kisələri mənə çox baha başa gəldi” - MARAQLI

Azərbaycanın əməkdar artisti Tünzalə Əliyeva tələbəlik illərində çəkdiyi əziyyətlərdən söz açıb. Aktrisa başına gələnləri onu sevən tamaşaçıları ilə bölüşüb. SİA-ya açıqlama verən "Toppuş bacı" bunları deyib: "Tələbə olan zaman qrup yoldaşımla birgə un anbarındakı boş kisələri yuyur, sonra sərib qurudurduq. Hətta un tayaları belə daşıyırdıq. Çox ağır və çətin iş idi. Əsas məsələ burasındadır ki, əziyyətimizin bəhrəsini görmədik. Təxminən 800-900 manata yaxın işlədiyim pul havaya sovruldu - infilyasiyaya uğradı. Çünki sözügedən ərəfələr pul dəyişən zaman idi. Bu səbəbdən 5 il asma xəstəliyindən əziyyət çəkdim. Hal-hazırda da müalicə alıram. Un kisələri mənə çox baha başa gəldi".

Tünzalə xanım şəxsi həyatından da danışıb: "Şəxsi həyatım da heç bir yenilik yoxdur. Çünki çəkilişlərdən vaxtım olmur. Ona görə də şəxsi həyat nədir, bilmirəm. Məndən xoşu gələn insanın bəxti yoxdur. Çünki həmin insana vaxt ayıra bilməyəcəm. Odur ki, ailə qurmaq məsələsi mənim üçün problemdir".


Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə