Türk musiqisinin \"imperatoru\" İbrahim Tatlısesin halı yenidən pisləşib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin tanınmış aktyoru Kadir İnanırın xəstəxanada yatdığını eşidən İbo həyat yoldaşı Ayşegül Yıldızla aktyoru ziyarət etməyə gedib. Tanınmış müğənninin xəstəxanada bir anda halı pisləşib. Həkimlər tərəfindən müayinə olunduqdan sonra İbrahim bəy evə buraxılıb.
Qeyd edək ki, dostu Kadir İnanırın ziyarətinə çəliklə gələn İbrahim Tatlıses gedən zaman isə xərəyə mindirilərək evə yola salınıb.
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB