Elza Seyidcahanı Lady Gaga ilə kim müqayisə etdi?

Elza Seyidcahanı Lady Gaga ilə kim müqayisə etdi?

Hər kəsin yaxşı tanıdığı "Keyxanım" ləqəbli Ülviyyə Əliyeva əməkdar artist Elza Seyidcahandan danışıb. Aktrisa əməkdar artisti xarici müğənni ilə müqayisə edib. SİA-ya açıqlama verən Ülviyyə bunları deyib: "Elza xanımı hər kəs imicinə görə ələ salıb qınayır. Ancaq dünyaca məşhur müğənni Lady Gaga ət paltarı və tük geyinəndə heç kəs ələ salmır. Deyirlər ki, xarici müğənnidir. Sözügedən xanım da xarici ölkədə yaşasaydı, indi ən yaxşı müğənni hesab olunardı. Elza Seyidcahanın verilişlərin birinə qaloş geyinməyi böyük səs-küyə səbəb olmuşdu. Bəzi insanlar başa düşmür ki, incəsənət adamı qeyri-adi olmalıdır. Elza xanım səmimi və mehriban xanımdır. Xanım müğənnimiz işini bilən biridir".


Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə