Yerli saytların birində "Ulduzlu gün" layihəsini həyata keçirən Sahilə Qurbanova bu dəfə əməkdar artist Tünzalə Ağayevanın pərəstişkarlarını sevindirib. Əvvəlcə onlara kumirləri ilə virtual söhbət təşkil olunub. Sonra isə Tünzalə Ağayevanın seçimi ilə ən maraqlı sualları ünvanlayan iki fanatı ilə canlı görüş keçirilib. Kumirləri ilə görüşə gəlmək şansını Telli Orucqızı vəAmadeo Modigliani ləqəbli Könül adlı gənc xanımlar qazanıblar.
SİA-nın məlumatına görə, çay süfrəsi ətrafında təşkil olunmuş görüşdə əməkdar artist fanatlarından inanılmaz sevgi etirafları eşidib.
"Tünzalə Ağayevanı necə çox istədiyimi heç kim bilə bilməz... O, mənim ayrı dünyamdır. Orada yalnızca o və onun musiqiləri, səsi, dediyi hər kəlmə, atdığı hər bir addım var. O, olmasa, mən yox kimiyəm. Necə nəfəs alaram, necə yaşayaram bilmirəm. Tünzalə xanım mənim doğmam, əzizim, ürəyimin ən dərin nöqtəsi, ən qiymətli varlığımdır",-deyə Telli Orucqızı bildirib.
Görüşə gələn digər fanat Könül isə Tünzalə Ağayevaya olan məhəbbətini bu cür ifadə edib: "Tünzalə Ağayeva sənətinin dahisidir. Onun sənəti, varlığı, səsi ilə yaşayıram. O, mənim ruhum, düşüncəm, ilham aldığım yeganə varlıqdır. Allahıma min şükür ki, onu bizə bəxş edib".
Fanatları ilə görüşdən məmnun qalan əməkdar artist onlara qarşılıq olaraq ürəyində olan sevgisini, bağlılığını dilə gətirib.
Görüşdən olan fotoları diqqətinizə çatdırırıq.
Fotolar Zamin Cəfərova məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB