Pərviz Mahmudov: “Ritmik-dinamik mahnıları onun kimi ifa edən yoxdur”

Pərviz Mahmudov: “Ritmik-dinamik mahnıları onun kimi ifa edən yoxdur”

Populyar gənc bəstəkar Pərviz Mahmudov daha iki yeni hit mahnıya imza atıb. Musiqiçi SİA-ya açıqlamasında mahnılardan birinin xalq artisti Aygün Kazımovanın ifasında eşidiləcəyini bildirib.

O vurğulayıb ki, Aygün xanım onun "Gəl bax gör" adı mahnısını ifa edəcək: \"Mahnı ritmik üslubdadır və sözləri Leyli İsrafilovaya məxsusdur, aranjemanı isə Hakan Erol edib. Bu bizim ikinci işbirliyimizdir. Aygün Kazımova ilə ilk işbirliyimiz "Alışdırma" mahnısı ilə başladı. Bu mahnının da sözləri Leyli xanıma məxsusdur. Aygün xanım mənim ən çox sevdiyim müğənnilərdəndir. Bu sənətdə ilk addımlarımda Aygün xanım məni çox dəstəkləyib. O, mənim hər iki mahnımı gözəl ifa edib. Ümumiyyətlə, mənim fikrimcə, Aygün Kazımova Azərbaycanda ritmik mahnıların ən gözəl ifaçısıdır. Lirik mahnılar da onda yaxşı alınır, amma ritmik-dinamik mahnıları onun kimi ifa edən yoxdur".

Pərviz Mahmudovun daha bir yeni hitini isə gənc müğənni Leyla Ramazanlı ifa edib. "İsti-isti" adlanan mahnın sözləri Arzu Əsədovaya məxsusdur: "İnanıram ki, bu mahnı Leylanın repertuarında ayrı bir yer tutuacaq. Çünki "İsti-isti" onun repertuarında fərqlidir. Bu bəstəm də ritmikdir. Mahnı diapazonludur və Leyla bunun öhdəsindən gələrək gözəl ifa etdi\".

Bütün xəbərlər Facebook səhifəmizdə