Azərbaycanlı müğənni kimləri təbrik edib?

Azərbaycanlı müğənni kimləri təbrik edib?

Azərbaycanlı müğənni Elariz Məmmədoğlu ailəsi haqda danışıb. "8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə həyat yoldaşıma və qızlarıma hədiyyə almışam",-deyə Elariz bəy bildirib. SİA-ya açıqlama verən müğənni bunları deyib: "Xanımımı və qızlarımı öpüb qucaqlayaraq təbrik etmişəm. Bu ilki 8 Mart Beynəlxalq Qadınlar Günü mənə 300 manat civarında başa gəlib. Əsas odur ki, ailəm hər zaman yanımdadır".

Elariz Məmmədoğlu həmkarlarını təbrik etdiyini də vurğulayıb: "8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadın sənət dostlarıma telefon zəngi açaraq təbrik etmişəm. Onlar arasında xalq artistləri Nazpəri Dostəliyeva, Flora Kərimova, Elmira Rəhimova olub",- deyə əlavə edib.


Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə