Azərbaycanın tanınmış qruplarından olan "Qala" qrupunun solisti Ceyhun Əliyev \"qara dəftər\"indən söz açıb. Müğənni onu qınayan həmkarlarına sərt cavab verib. SİA-ya açıqlama verən Ceyhun bunları deyib: "Bəstələrimi ifa edib adımı çəkməyən müğənnilər var. Onlara demək istərdim ki, adlarını \"qara dəftər\"ə qeyd etmişəm. Nə vaxtsa həmin dəftəri açıb üzlərinə vuracağam. Soruşduqda ki, adımı niyə demirsən? Cavabında söyləyirlər ki, adını çəkməyi unutdum. Ancaq üzünü çevirib məndən uzaqlaşdıqdan sonra öz-özlüyündə deyinir ki, \"get işinlə məşğul ol\". Ona görə də bəzi \"müğənnilər\"ə görə əsəblərimi korlamaq istəmirəm. Onsuz da hər zaman düz söz dediyimə görə məni qınayıblar".
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB