Faiq Ağayev Aygün Kazımovaya sevgisini etiraf etdi

Faiq Ağayev Aygün Kazımovaya sevgisini etiraf etdi

Azərbaycanın xalq artisti, \"Cənab Qızıl Şlyager\" Faiq Ağayev 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanımları təbrik edib. SİA-nın məlumatına görə, verilişlərin birində qonaq olan 100 % F.A çıxışı zamanı ən böyük diqqəti illərdir dostluq etdiyi xalq artisti Aygün Kazımovaya ayırıb.

Faiq Ağayev son zamanlar mətbuatda yayılan xəbərləri də şərh etmiş oldu: "Bir məsələyə toxunmaq istəyirəm. Son günlərdə mətbuatda Aygün Kazımovanın 400 min manatlıq avtomobil alması müzakirə mövzusuna çevrilib. Mən onun bu addımı atmasına haqq qazandırıram. İllər uzunu istedadı və bacarığı nəticəsində əldə etdiyi naz-nemət onun məntiqli qazancıdır. Bahalı avtomobillərdən, brend geyimlərdən Aygün istifadə etməsin, kim yararlansın? O, zəhmətkeş qızdır. O, zəhmətkeş adamdır. Birmənalı olaraq superpeşəkardır. Görkrəmli mügənni və aktrisadır. 24 illik səhnə təcrübəsi olan xalq artisti kimi Aygün nə etsə, halaldır. Mənim Aygünə olan məhəbbətim səmimi və sıcaqdır\".

Bu addımı ilə də Faiq Ağayev növbəti dəfə öz kübarlığını və yüksək mədəniyyətini sübüt etmiş oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə