Alim Qasımov və Faiq Ağayev Ayan Babakişiyevaya dəstək oldular - FOTOSESSİYA

Alim Qasımov və Faiq Ağayev Ayan Babakişiyevaya dəstək oldular - FOTOSESSİYA

Bu gün azərbaycanlı müğənni Ayan Babakişiyevanın "Ya ona dön ya məni sev" adlı klipinin təqdimat mərasimi keçirilib. Yüksək səviyyədə təşkil olunan mərasimdə bir çox fəxri qonaqlar iştirak edib.

SİA-nın xəbərinə görə, gecədə muğam ustadı, xalq artisti Alim Qasımov, Faiq Ağayev, əməkdar artist İlqar Muradov, Ədalət Şükürov, Tünzalə Ağayeva, müğənni Murad Sadıx kinorejissor Şeyx Əbdül Mahmudbəyov, rejissor Nail Naiboğlu, bəstəkar Xanım İsmayılqızı və media nümayəndəli iştirak edib.

Gecənin aparıcısı olan Saleh tədbiri açıq elan etdikdən sonra sözü səbəbkarın özünə ardınca isə bütün yaradıcı heyyətə verib. Yeni işlərindən ağızdolusu danışan komanda keyfiyyətli məhsul təqdim etdikləri üçün sevindiklərini açıqlayıblar.

Ayan bəstəkarı Xanım İsmayılqızı olan mahnıya ekran işi vermək üçün rejissor Ceyhun İbrahimoğluya müraciət edib. Müğənnin tərəf müqabili isə işinin peşəkarı olan aktyor Azər Aydəmir oldu.


Qeyd edək ki, klipdə müğənnini fərqli obrazlarda dəyişməyi bacaran xanım, stilist-vizajist
Səbinə İmanovadır.

Klip HD fotmatda çəkilib.

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə