Firuzə İbadova: “Qalmaqallarla efirə çıxmağa haqqım yoxdur”

Firuzə İbadova: “Qalmaqallarla efirə çıxmağa haqqım yoxdur”

Azərbaycanın əməkdar artisti və sevilən müğənnisi Firuzə İbadova şou-biznesdən danışıb. Müğənni bəzi həmkarlarının şou-biznesdən getmələrinə az qaldığını dilə gətirib. SİA-ya açıqlama verən Firuzə xanım bunları deyib: "Azərbaycan şou-biznesində özlərini ulduz kimi təqdim edən müğənnilər qalmaqalla gündəmə gəlirlər. Bəzi həmkarlarım özlərini güclə camaatın gözünə soxurlar. Ancaq bilmirlər ki, xalqın gözü tərəzidir. Onu da deyə bilərəm ki, musiqidən başı çıxmayan insanların vaxtına çox az qalıb. Onlara məsləhət görərdim ki, özlərini yormasınlar".

Firuzə İbadova keçdiyi sənət dünyasından da söz açıb: "Bu vaxtadək heç kimlə qalmaqal etməmişəm. Çünki ucuz piyara ehtiyacım olmayıb. Gözümü açandan sənətkarlara qulaq asmışam. Odur ki, qalmaqallarla efirə çıxmağa haqqım yoxdur",-deyə əlavə edib.


Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə