Falçıya inanmayan müğənni kimdir?

Falçıya inanmayan müğənni kimdir?

Hər zaman qalmaqallardan kənar gəzən azərbaycanlı müğənni Lalə Məmmədova falçılardan danışıb. Müğənni hər zaman Allaha inandığını və Allahın buyurmadığı yerlərə getmədiyini bildirib. SİA-ya açıqlama verən müğənni bunları deyib: "İçimdə Allah qorxusu olduğu üçün atdığım addımlara hər zaman diqqət etmişəm. Bəzi insanlar var ki, öncəgörücülərə inanaraq vaxtlarını hədər yerə sərf edirlər. Bu kimi insanlara aldanmaq lazım deyil. Çünki insanların pulunu alıb aldatmaqdan başqa heç bir işə yaramırlar\",-deyə müğənni əlavə edib.


Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə