Ölkənin ictimai və mədəni həyatında fərqlənən xanımlar təltif edilib - FOTO

Ölkənin ictimai və mədəni həyatında fərqlənən xanımlar təltif edilib - FOTO

Beynəlxalq Diaspor Mərkəzi (BDM) 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə "Sən Vətən üçün qəhrəman yetişdirdin" adlı tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızın ailə üzvləri, döyüşçü qadınlar, eləcə də ölkənin ictimai və mədəni həyatında fərqlənən xanımlar iştirak edib.

Açılış nitqi ilə çıxış edən BDM sədri İsmayıl Ağayev bütün Azərbaycan xanımlarını 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, hərbiçi qadınların keçdiyi qəhrəmanlıq yolu barədə danışıb. Tədbirdə Milli Qəhrəman Asif Məhərrəmovun anası Məhluqə Məhərrəmova oğlunun keçdiyi döyüş yolu və igidlikləri haqda söz açıb.

Daha sonra hərbiçi qadınlar, Milli Qəhrəman anaları, müharibə veteranı olan qadınlar "Milli vətənpərvərlik ruhunun təbliğinə görə" fəxri fərmanlara layiq görülüblər. BDM-in Mədəniyyət Departamentinin rəhbəri Nüşabə Ələsgərli, \"Qarabağ bülbülləri\"nin yetirməsi Yaqut Qarabağlı, əməkdar artist Gülüstan Əliyeva, Ruhəngiz Allahverdiyeva, Nazənin, Vəfa Abbasova "Azərbaycanın xarici ölkələrdə təbliği istiqamətində göstərdiyi xidmətlərinə görə" fəxri fərmanla təltif olunublar. Həmçinin Şəmistan Əlizamanlı, skripkaçı Səlim və bir sıra gənc müğənnilər rəngarəng konsert proqramı ilə çıxış ediblər.


Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə