Nanə Ağamalıyeva: “Abbas Bağırovu özüm üçün kəşf etdim”-FOTOSESSİYA
Məşhur teleaparıcı Nanə Ağamalıyeva hər müğənni ilə dostluq etmir. Onun ən yaxın dostu müğənni Zamiq Hüseynovdur. Elə hər zaman Zamiqlə birgə gördüyümüz Nanə bu dəfə əməkdar artist Abbas Bağırovla birgə idi. SİA-nın fotokamerasına tuş gələn Nanə və Abbas kənara çəkilib nəyisə müzakirə edirdilər.
Söhbətlərinə qarışmaq istəmədiyimiz üçün sonradan Nanədən açıqlama aldıq. Teleaparıcı Abbasla münasibətlərindən söz açdı: "Deyə bilmərəm ki, biz çox yaxın dostuq, amma gözəl insandır. Abbas mənim "Ulduz oldun" verilişimin qonağı da olub. Çəkilişlər zamanı Abbası özüm üçün kəşf etdim. O, çox fərqli müğənnidir".
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB