“Unutmaram” adlı klipin təqdimatı keçirilib - FOTOSESSIYA - (YENILƏNİB)

“Unutmaram” adlı klipin təqdimatı keçirilib - FOTOSESSIYA - (YENILƏNİB)

Bu gün xalq artisti Flora Kərimovanın duet ortağı olan gənc müğənni Rövşən Civişovun ilk solo proyekini təqdim etdi. O, "Unutmaram" adlı klipinin təqdimat mərasimini keçirilib. SİA-nın xəbərinə görə, musiqi müğənninin özünə, sözləri Abbas Elşənoğluya məxsus mahnının rejissoru Könül Əlizadə oldu.

Tədbir bir çox tanınmış simaların iştirakı ilə həyata keçib. Qonaqlar sırasında xalq artistləri Flora Kərimova və Səməd Səmədov, əməkdar artist Mətanət İsgəndərli, müğənni Nadir Qafarzadə, Sevda Yahyayeva, rejissor Könül Əlizadə və media nümayəndələri var idi.

Tədbiri giriş sözü ilə açan jurnalist Şahin Cavadsoy Rövşən Civişova öz təbriklərini bildirərək işində uğurlar arzu edib.

Daha sonra tədbirdə söz alan səbəbkar Rövşən Civişov klipin yaranma tarixindən danışıb. Gənc ifaçı ona hər zaman yaradıcılığında dəstək olan xalq artisti Flora Kərimovaya öz təşəkkürlərini bildirib.

Mərasimdə xalq artisti Səməd Səmədov gənc müğənniyə ən yüksək bal hesab etdiyi 10 bal verib.

Əməkdar artirs Mətanət İsgəndərli isə Flora Kərimovanın onu qabaqladığını dilə gətirib: \"Mən istəyirdim Rövşənlə duet oxuyum. Ancaq bizdə yol böyüyündür. Öncə Flora xanım oxudu, bundan sonra isə növbə mənimdir. Bizim də Rövşənlə yeni duetimiz olacaq\".

Müğənni Sevda Yahyayeva da Rövşənlə duet oxuyacağını açıqladı.

Mərasimdə baş verən ən maraqlı anları SİA-da izləyin.

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə