Kərim həmkarına sərt cavab verdi: “Mən ağzımı açsam, çox pis olacaq”-QALMAQAL -FOTO
Adı ara-sıra qalmaqallarda çəkilən Kərim Abbasov yenə də adətinə sadiq qaldı. Növbəti qalmaqalda adı \"faytonçu\" Nazimlə birgə hallanan Kərim SİA-ya açıqlaması zamanı həmkarına məsləhət də verdi: "Mənim qeybətimi qırmaqdansa, öz sənəti ilə məşğul olsun. Artıq kiminləsə qalmaqal etmək fikrim yoxdur. Çünki dövlət orqanları var. Əsəblərimi korlamaq istəmirəm. Eyni zamanda dəyərli dostlarım və ailəm var. Ailəm sayəsində hər şey yaxşıdır. Ancaq bu yaxınlarda verilişlərin birində \"faytonçu\" Nazim ünvanıma lazımsız sözlər deyib. Sözügedən insana təmkinli cavab verərək qalmaqal etmək istəmədim. Şou-biznes əhli bilir ki, mən ağzımı açsam, çox pis olacaq. Hər kəsin nə işlə məşğul olduğunu çox yaxşı bilirəm. Nazimə demək istərdim ki, mən onun uşağı yerindəyəm. İstəməzdim ki, yaşca məndən böyük insana cavab verim. Ancaq Nazim bəy də etik normalara fikir versin".
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB