Rafet El Roman Bakıda pulsuz konsert verəcək

Rafet El Roman Bakıda pulsuz konsert verəcək

Türk estradasının tanınmış müğənnisi Rafet El Roman paytaxtımızın qonağı olacaq. SİA-nın məlumatına görə, Bakıda konsert proqramı ilə çıxış edəcək müğənni 8 mart Beynəlxaq Qadınlar Günündə yeni ticarət mərkəzlərindən birinin açılışında iştirak etməklə yanaşı onu sevənlər üçün öz mahnılarını səsləndirəcək.

Konsert günü müğənninin mətbuat nümayəndələri ilə görüşü də nəzərdə tutulub. Açılışda tanınmış simaların iştirakı da gözlənilir.

Qeyd edək ki, mərkəzin açılışı 16:00-a nəzərdə tutulub, konsert isə 18:00-da başlayacaq. Konsertə giriş pulsuzdur.

Bütün xəbərlər Facebook səhifəmizdə