Zamiq fanatları ilə imza günü keçiriləcək

Zamiq fanatları ilə imza günü keçiriləcək

Azərbaycanın tanınmış müğənnisi Zamiq Hüseynov 6 mart tarixində fanatları ilə görüşəcək. Müğənnin prodüseri Elnurun SİA-ya verdiyi məlumata görə, mərasimdə Zamiq həmçinin son iki albomu olan "O mənə inanır" və "Nostaljı hisslər" adlı albomlarının imza gününü də keçirəcək.

Prodüserin sözlərinə görə, həmin gün Zamiq ATV telekanalında yayımlanan "Arxiv" verilişinin qonağı da olacaq.

Məlumat üçün bildirək ki, Rüfət Ağayevin təqdimatında yayımlanan verilişin ilk qonağı xalq artisti Aygün Kazımova olmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə