Xəbər verdiyimiz kimi, dünən Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5 mart- Bədən tərbiyəsi və İdman gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, Əl Oyunları Sarayında təşkil olunan tədbirdə Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, ali və orta məktəblərin tələbə və şagirdləri, gənclər və idmançılar iştirak edib.
Məşhur teleaparıcı Zaur Nəbioğlunun aparıcılığı ilə baş tutan mərasimin rəsmi hissəsindən sonra bədii hissə başladı. Biri-birinin ardınca gələn müğənnilər tamaşaçı ordusunun qarşısında çıxış etdilər.
Məşhurlar sırasında Röya Ayxan, Nadir Qarafzadə, Elnarə, Niyam Səlami, Samira, Tunar Rəhmanoğlu, rəqqasə Fatimə Fətəliyeva və bir çox gənc müğənnilər var idi.
Səhnəyə çıxan hər məşhur bir neçə mahnı ifa etdi. Fatimə isə öz məhtəşəm rəqsini səhnəyə deyil, onu dairəyə alan tamaşaçıların arasında nümayiş etdirib.
Onu da bildirək ki, Lider Tv-də yayımlanan "Rənagrəng" verilişinin aparıcı olan Zaur Nəbioğlu incənət və şou-biznes nümayəndələrinə üstünlük versə də bu dəfə onun payına daha rəsmi şəxsləri təqdim etmək nəsib oldu.
Konsertin ən maraqlı görüntüləri ilə SİA-da tanış olun.
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB