Nigar Camal yeni albomunu danimarkalı bəstəkarla işləyir

Nigar Camal yeni albomunu danimarkalı bəstəkarla işləyir

Solo albomu üzərində işləyən Nigar Camal 7 mahnısını danimarkalı bəstəkara həvalə edib. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Bo Larsen (Boe Larsen) Danimarka televiziyasına müsahibəsində deyib. O, Eurovision 2011-in qaliblərindən Nigarla əməkdaşlığından məmnunluq hisslərini dilə gətirib. "Mənim üçün vacib olan gözəl musiqi yaratmaqdır. Albomun təqdimatı Azərbaycandakı Eurovision Mahnı Müsabiqəsi ərəfəsinə təsadüf edəcək. Bu isə onun auditoriyasının daha da genişlənəcəyinə işarədir."


Nigar Camalın "Universe" mahnısına klip çəkilişləri ilə əlaqədar mart ayında Danimarkaya səfəri nəzərdə tutulur. Bo Larsen Skandinaviya musiqisinə xas təmiz və aydın səslərin Nigar Camalın ifa üslubuna uyğun olduğunu da deyib. O, bu əməkdaşlığı Eurovision Mahnı Müsabiqəsinin növbəti uğurlu nəticəsi kimi qiymətləndirib.


Qeyd edək ki, danimarkalı bəstəkar Bo Larsen hazırda Nigar Camalın klip çəkilişlərini apardığı "Can’t let you go" mahnısının müəlliflərindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə