Dünən gənc və iddialı müğənni Zarina növbəti dəfə jurnalistləri bir araya toplayıb. SİA-nın məlumatına görə, sənətçi uzun zamandır radio dalğalarında səslənən və kifayət qədər sevilən mahnısını ekranlaşdırıb.
Mahnının bəstəkarı Pərviz Mahmudov və söz yazarı Aygün İsmayılovadır. Bir müddətdir ki, müğənni ilə birgə çalışan Şahin Cavadsoy və Türkan Məmmədli layihə rəhbərləri kimi bu işdə ona yaxından kömək ediblər.
Bildirək
ki, "Sevmə ürək" klipinin süjet xətti abstrakt təfəkkürdən bəhs edir. Yəni
qəhrəman ürəyi sevməməyə məcbur edir. Klipin rejissoru isə hələ illər öncə
sözünü demiş Elnaz Əbluc oldu.
İlk dəfə olaraq
mətbuat nümayəndələrinə təqdim olunan klip maraqla qarşılanıb. Fərqli
obrazlarda görünən müğənni ürəyinə hökm etməyə çalışan sevən qız obrazını canlandırır.
Abstrakt təfəkkürdən bəhs edən klipdə Zarinanın ürəyinə etdiyi məcburiyyət də
maraqlı tərzdə öz əksini tapır. Müğənninin aktyorluq bacarığı da xüsusi ilə
diqqətə çarpır. Bunu sözləri ilə təsdiqləyən rejissor Elnaz Əbluc çəkilişlər
zamanı Zarinanı aktrisa kimi kəşf etdiyini etiraf edib.
Mərasimdə həmçinin stilist Anar Ağakişiyev də iştirak edib. Sənə dostlarını dəvət etməyən Zarina media namyəndələri baş-başa qalmaq istəyini də açıqlayıb.
Qeyd edək ki, HD formatda çəkilən ekran işi operator Emil İmamverdiyev olmaqla peşəkar komanda tərəfindən hazırlanıb.
Klipdən razılığını bildirən müğənni "Sevmə ürək"-in uğurlu olacağına inandığını da etiraf etdi: "Bu işimi Türkiyədə çəkilən klipimin uğurlu davamı kimi qiymətləndirirəm. Düşünürəm ki, türk rejissorları tərəfindən çəkilən klipdən heç də geri qalmayan "Sevmə ürək" də tamaşaçılar tərəfindən seviləcək. Bunun bir neçə səbəbi var. Ən önəmlisi isə çalışdığım peşəkar komandanın olmasıdır. Elnaz Əbluc kimi rejissorla işləmək çox xoşdur. Və təbii ki, hər zaman mənim yanımda olan və bu layihənin rəhbərləri qismində çıxış edən, əslində yaxın dostlarım Şahin Cavadsoy və Türkan Məmmədlinin əziyyətini də yüksək qiymətləndirirəm. Gənc yaşımda mənə dəstək olan hər bir kəsə təşəkkürümü bildirirəm".
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB