Azərbaycanın xalq artisti Səməd Səmədov yeni işlədiyi "Qismət" vokal qrupu haqqında danışıb. Müğənni yarım ildir fəaliyyət göstərdiyi vokal qrupundan razı olduğunu söyləyib. SİA-ya açıqlama verən xalq artisti bunları deyib: "Gecə-gündüz disk üzərində çalışırıq. Diskdə 12 mahnı yer alacaq. Hal-hazırda 6 mahnımız hazırdır. Diskdəki mahnılar içərisində Zeynəb Xanlarovanın, Ələkbər Tağıyevin mahnıları olacaq. Eyni zamanda ritmik musiqilərə də yer veriləcək".
Səməd bəy "Qismət" vokal qrupundakı oğlanların maddi vəziyyətindən da söz açıb: "Qrupdakı uşaqların kasıb olmalarına baxmayaraq savadlıdırlar. Çox sevinirəm ki, 3 tələbənin evində qazan qaynayır".
Xalq artisti qrupun şou-biznesə qatılmaları haqda da fikirlərini bölüşüb: "Qismət" vokal qrupunun adının qalmaqallar da hallanmasını istərdim. Nəzərinizə çatdırım ki, qrup hər kəsin cavabını verməyə hazırdır. Qrup şou-biznes aləmin də özünü sübüt edərsə əməyim itməz" -deyə əlavə edib.
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB