Yumor hissinə malik olan azərbaycanlı müğənni Rüfət Axundov keçmişi yadına salaraq dərdini bizimlə bölüşüb. Rüfət rejissor Nail Naiboğlu haqda SİA-ya açıqlama verərək bunları deyib: \"Nail "Sevə-sevə" mahnıma klip çəkmişdi. Ancaq nədənsə kadrlar pozuldu və təqdimat mərasimində diskim olmadı. Yenə də Nail Naiboğlu ilə dostluğumuz davam edir və İnşallah sözügedən klipmeykerlə yenidən iş birliyimiz baş tutar".
Rüfət Axundov özlərinə ləqəb götürən müğənnilərə də toxunub: "Bəzi həmkarlarım özlərinə təxəllüs götürür. Mənim heç vaxt belə fikrim olmayıb. Çünki valideynlərim adımı Rüfət, soyadımı isə Axundov qoyublar. Odur ki, öz adım və soyadım xoşdur",-deyə fikirlərini bildirib.
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB