Azərbaycanlı müğənni Nazim Pişyari illər öncə problem yaşadığı rejissordan danışıb. SİA-ya açıqlama verən müğənni bunları deyib: "İllər öncə Aqil M.Quliyevlə "Necə unudum" klipinə görə problem yaşamışdıq. Ancaq hər şeyi aydınlaşdırdıqdan sonra yenidən dostluğumuza davam etdik".
Müğənni yeni işlərindən də söz açıb: "Yaxın zamanlarda Aqillə yeni iş birliyimiz oldu. Sözügedən rejissora sənədli film həvalə olunub. Artıq montaj işləri gedir. Onu da vurğulayım ki, son illərə nəzər salsaq, Aqil M. Quliyevdən heç kim şikayət etmir.
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB