Azərbaycan estradasında adı arabir qalmaqallarda hallanan müğənni Kərim yenilikləri haqda məlumat verib. SİA-ya açıqlama verən müğənni bunları deyib: "Tezliklə "Meqa Kərim" adlı yeni albomum işıq üzü görəcək. Möhtəşəm fotosessiyam hazırlanır. Albom sırf estrada janrına aid edilib. "Yox unutmadım" adlı mahnıya klip çəkdirirəm. Mahnının sözləri Xanım Aydına, musiqisi isə Gövhər Həsənzadəyə məxsusdur".
Yeni duetinin olacağını da bildirən müğənni ancaq duet ortağının kimliyini gizli saxlayaraq açıqlama vermədi. Kərim onu da vurğuladı ki, bu dueti çox səs-küyə səbəb olacaq.
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB