Azərbaycanın tanınmış öncəgörücüsü dünyanın dağılması ilə bağlı proqnoz verdi: “Axirətə hələ çox var”-MÜSAHİBƏ -FOTOSESSİYA

Azərbaycanın tanınmış öncəgörücüsü dünyanın dağılması ilə bağlı proqnoz verdi: “Axirətə hələ çox var”-MÜSAHİBƏ -FOTOSESSİYA

-Yeganə Zeynalovanı bir müddət telekanallarda görə bilmirdik. Niyə tamaşaçılardan ayrı düşdünüz?

-Bakıda deyildim. 2 xarici ölkədə oldum. İşləməyə getmişdim. Paytaxtımıza qayıtdıqdan sonra səhhətimdə problemlər olduğu üçün müalicə aldım. Ancaq indi yaxşıyam.

-Əvvəl öncəgörücülərə inam daha çox idi. Ancaq indi nədənsə maraq azalıb. Səbəb nədir?

-Mən olmayanda sakitlik olur. Getdiyim xarici ölkələrin çoxunda cadunu qəbul etmirlər. Ancaq bir çox ölkələrdə də məhz cadu ilə yaşayırlar. Bu fikirlə də razılaşmıram. İndiki baxıcılar özlərinə cürbəcür adlar qoyublar. Özümü yaşlı baxıcı kimi hiss edirəm. Elə ən yaxşı baxıcı özüməm. Düzdür, insan özünü tərifləməz, amma göz qabağındayam, şükür Allaha. Bunu dana bilmərəm axı. Camaat deyir ki, yaxşısan, mən necə danım? İnsanlar yanıma gələndə onları arzularına çatdırıram.

Hər zaman demişəm ki, namaz məcbur deyil, vacibdir. Azərbaycanda namaz qılan insanlar çoxdur. Ona görə Azərbaycanın nə vaxtsa dağılacağını görmürəm. Ölkəmiz günü-gündən inkişaf edir. Mənim sözlərim boş yerə deyil. Mən xəstə adama 5 gündən sonra ayağa durub yanıma gələcəyini deyirəm və bu düz çıxır. Başqalarının dediyi sözlərə inanmıram. Hər dəqiqənin bir hökmü var.

-"Cadunun ömrü 40 gündür" deyirlər. Bununla razısınız?

-Xeyir, bununla razı deyiləm. Ulduz falı olduğu kimi cadu da qədim dövrdən qalıb. O zamanın görücüləri ilə bu zamanınkilər çox fərqlənir.

-Rusiya kanalı olan TNT-də öncəgörücülərlə bağlı veriliş yayımlanır. Orada dünyanın ən tanınmış görücüləri, eskstrasensləri iştirak edir, sizdən başqa. Niyə qatılmamısınız onların sırasına?

-Hələ illər öncə, orada veriliş yayımlanmağa başlayandan məni ora dəvət etdilər. Kiyevdən təklif gəlmişdi. Ancaq mən getmədim. Çünki hər zaman yaşıma görə hərəkət edirəm. Eyni zamanda verilişdəki şərtlər məni qane etmədi. Sözügedən verilişə getsəydim, məni çox insanlar tanıyardı. Amma Azərbaycanda tanınmağım kifayətdir. Mən vətənim üçün yaşayanlardanam.

-NASA alimləri iddia edirlər ki, göydən uğultulu səslər gəlir. İslam alimlər isə qeyd edir ki, Qurani Kərimdə qeyd edilən İsrafilin Suru səslənərsə, axirət günü gələr.

-Biz yalnız rəhmətə gedəndən sonra o biri dünyada nələrin baş verdiyini biləcəyik. Ancaq indi bəzi deyimlərə görə, cəhənnəmdən səslər gəlir. Bu sözləri deyənlər isə özlərinə falçı deyənlərdir. İndi hər kəs öncərörücü olmaq istəyir. Lakin özləri də bilmirlər ki, nə edirlər.

-Onda belə çıxır ki, siz Mars alimlərindən daha çox bilirsiniz?

-Mən özümə alim hesab etmirəm. Alimlərə də hörmət edirəm. 2011-ci ildə amerikalı alim demişdi ki, dünya dağılacaq. Ancaq dağılmadı. Bu kimi yalnış məlumatlarla camaatı aldatmaq olmaz. Azərbaycan günü-gündən çiçəklənəcək, gözəlləşəcək. Biz isə bunun üçün çalışmalıyıq. İnsan nə qədər pisi çağırırsa, bir o qədər də ona pis olar. Amma insan yaxşılıq, varlıq və gözəllik arzu edəndə Allah da onu verir.

Burdan baxıcılardan xahiş edirəm ki, Allahın və hökümətin işinə qarışmasınlar. Həyat oyundur. Biz isə bu oyunun içərisindəyik. Odur ki, gəlin sabahı və balalarımızı fikirləşək. Axirətə isə hələ çox var.

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə