Azərbaycanlı model Günay Musayeva və həyat yoldaşı Tolga Karel haqda yazılan məlumatların yanlış olduğunu deyib. SİA-ya açıqlama verən model bunları deyib: "Son günlər barəmizdə yanlış məlumatlar yayımlanmaqdadır. Doğuş üçün sponsor axtardığımız barədə saytlarda həqiqətə uymayan informasiyalar yerləşdirilir. Bunların hamısı ağ yalan və cəfəngiyatdır. Çünki hələ hamiləliyimin 6 ayı tamam olub. Hər ay həkim müayinəsində oluram".
"Bu gün sözügedən məlumatları həyat yoldaşım qəzetlərin birində oxuyarkən şoka düşdü. Bütün yalan xəbərlərdən bezmişəm və dincəlmək istəyirəm. Sabahdan etibarən istirahət etmək üçün şəhərdən kənarda dincəlməyi planlaşdırırıq",-deyə model əlavə edib.
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB