\"Eurovision 2011\"in qaliblərindən Nigar Camal fanatları ilə görüşüb. SİA-nın məlumatına görə, onlarla fotosessiya keçirən Nigar pərəstişkarlarına avtoqraf verib.
Müğənninin tamaşaçılara yeni sürprizi də var. Nigar "Can’t let you go" mahnısına çəkdirdiyi yeni klipini mart ayının sonunda təqdim edəcək. Klipin çəkilişləri Ukraynada aparılıb. Nigar Camalın sayca ikinci olan bu mahnısının musiqisi danimarkalı Sarah Vest, sözləri isə Bor Larsen və Kim Zordeyə aiddir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB