Dünən Yevlax televiziyası olan ELTV-də məşhur teleaparıcı Zabir Əliyevin yeni layihəsi nümayiş olunub. SIA-nın məlumatına görə, "Əcəb" adlı yeni veriliş canlı olaraq yayımlandı. Onu da bildirək ki, sözügedən veriliş həmçinin Zabirin çalışdığı Lider telekanalındada yayımlanacaq.
Verilişin ilk qonaqları isə müğənni Roza Zərgərli və cazibədar teleaparıcı Zemfira Adığözəlova oldu. Məşhur xanımlar canlı yayımda öz intellektual səviyələrini nümayiş etdirməklə yanaşı yumor hisslərini, mətbəx və musiqi bacarıqlarını göstərdilər.
Rozanın ifasında səslənən 4 mahnı isə Zabirin lap "yümüyünə düşdü". Teleaparıcı yamanca rəqs etdi.
Zabirin sözlərinə görə, verilişin idea müəllifi elə özüdür: "Hər həftə biz yerli şou-biznes nümayəndələrinin ən tanınmış simalarını qonaq çağırmağı düşünürük. İlk yayım isə uğurlu alındı. Yolun uzun olmasına baxmayaraq Roza ilə Zemfiranın mənim verilişimə gəlməsinə çox sevindim.
Verilişin ən maraqlı məqamlarndan biri də çəkiliş meydançasına bağlı qutunun daxil olması idi. Zabir Zemfiradan qutunun içərisində olanı tapmağı xahiş etdi. Zemfiranın çətinlik çəkdiyini görən Zabir ona əlini qutunun içərisinə salmağa icazə verdi. Zemfira əlini qutunun içərisinə salan kimi qışqırdı.
Məlum oldu ki, qutunun içərisində ilanbalığı var. Bu heyvanı isə ilk toxunuşdan ilana bənzəyir. Zemfiranın ən qorxduğu heyvan növü də məhz ilandır.
Baş verən hadisələrdən sonra Zabirə yalnız Zemfiranın infarkt keçirməməsinə sevinmək qalır. Əks halda onun verilişin ilk və son buraxılışı olardı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB