\"Mənim acı taleyim” adlı kitab satışa buraxılıb - FOTOSESSİYA
Bu gün fikizi cəhətdən problemi olan gənc şair Fariz Kərimlinin "Mənim acı taleyim" adlı kitabının satışa çıxarılması ilə əlaqədar tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə rejissor Aqil M. Quliyev, Fariz Kərimli və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan şair Fariz Kərimli tədbir haqqında məlumat verib. Onun sözlərinə görə, "Mənim acı taleyim" kitabı ona çox uğur gətirib. "Bir çox müğənnilər şeirlərimə mahnı yazdıraraq oxumaq istəyirlər. Həmin müğənnilər sırasında Xəyala Manaflının, Roza Zərgərlinin, Elnur Məmmədovun adını çəkə bilərəm",-deyə bildirib.
Qeyd edək ki, tədbirdə iştirak edən qonaqlar Farizə işlərində uğurlar arzu edib.
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB