Azərbaycanlı müğənni kimləri seçim etməyə çağırdı?

Azərbaycanlı müğənni kimləri seçim etməyə çağırdı?

Azərbaycanlı müğənni Nazim Pişyari şou-biznesdə eşq məcaraları yaşayan cütlüklərdən söz açıb. "Eşq məcaraları yaşayan oğlan və qız cütlüklərimizə məsləhət görərdim ki, seçimlərini 1 dəfə yox 777 dəfə etsinlər". Müğənni SİA-ya sözügedən məsələ haqda ağızdolusu danışıb: "Şou-biznesdə olan cütlüklərə baxanda məyus oluram ki, nə qədər evlənib-boşanmaq olar? Dırnaqarası müğənnilər 2-3 ay evli qaldıqdan sonra boşanırlar. Bu səbəblərdən yaranan problemlərə görə, xalq bizə nifrət edir. Mənim kimi seçimlərini bir dəfə edib 23 il evli qalsınlar".

Müğənni həmkarı Elçin Cəfərovun ifasına da toxunub: "Verilişlərin birində Elçin Cahangir Cahangirovun mahnısını oxudu. Ancaq onun üçün hələ o, mahnını ifa etmək çox tez idi. Elçinin oxumağından heç razı qalmadım. Elçin Cəfərova dost kimi məsləhət görərdim ki, üzərində bir az işləsin", -deyə fikirlərini bölüşüb.


Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə