Tanınmış müğənni Rüfət Axundov yenilikləri haqda danışıb. Duet oxuyacağını deyən müğənni tərəf müqavilinin kimliyini pünhan saxlamağı üstün tutub. SİA-ya açıqlama verən müğənni konsertinin olacağına da bildirib: \"Azərbaycanın bir çox bölgələrində konsertim olub. İnşallah, bu dəfəki konsertimi Bakıda verəcəyəm".
Rüfət Axundov həmkarlarından da söz açıb: ""Ortada yeyib qıraqda gəzən" insanlardanam. Kiminləsə dava etməyi heç vaxt istəməmişəm. Hər zaman mehriban olmağa can atmışam".
Rüfət yumor hissinə malik olduğunu və həmkarlarına səmimi olmağı tövsiyyə edərək "Mehriban olaq" mahnısını da ifa edib.
Qeyd edək ki, Rüfət Axundov ondan narazı olan həmkarlarına təşəkkürlərini bildirməklə alicənab olduğunu nümayiş etdirməkdən çəkinməyib.
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB