Uzun zamandan bəri televiziya məkanlarından uzaq düşən müğənni Elxan Şirinov efirlərdən danışıb: \"Efirlərdə görünmək mənim üçün maraqlı deyil\". Müğənni SİA-ya açıqlaması zamanı insanları ittiham etməkdən də çəkinməyib: "Hansısa kəlməni deyəndə arxasında durmaq lazımdır. Mahnılarım hər zaman sevilib və mənə hər zaman hörmət ediblər. Saxtakarlıq və özündən razılıq kimi əlamətlər məndə yoxdur. Azərbaycanlı gənclərdən istərdim ki, dünyanı başa düşsünlər. Ancaq savadsız insanların çox olması məni özümdən çıxardır".
Müğənni sevmədiyi insandan da söz açıb: "Kimdənsə küsmək fikrim yoxdur. Sadəcə olaraq sevmədiyim insana üzü çevirib həyatıma davam edirəm. Ancaq onu da deyim ki, ağlımdan istifadə edərək hər şeyə real yanaşıram",-deyə əlavə edib.
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB