Müğənni Zarina yeni imicdə -FOTOSESSİYA

Müğənni Zarina yeni imicdə -FOTOSESSİYA

Gənc və iddialı müğənni Zarina Məmmədovanın ifasında hitə çevrilən "Sevmə ürək" mahnısına klip çəkilib. Uzun zamandır radio dalğalarında səslənən və kifayət qədər sevilən mahnının bəstəsi Pərviz Mahmudova və sözləri isə Aygün İsmayılova məxsusdur.

Bu barədə SİA-ya müğənninin mətbuat katibləri Şahin Cavadsoy və Türkan Məmmədli məlumat verib. Onların sözlərinə görə, sözügedən klipin rejissoru Elnaz Əblucdur.

Elnaz çəkilişlər zamanı Zarinanı aktrisa kimi kəşf etdiyini etiraf edib: "Müğənnilərlə, xüsusilə də xanım ifaçılarla işləmək çox çətin olsa da mən bu sözləri qətiyyən Zarinanın ünvanına işlədə bilmərəm. Sənətini nə qədər sevdiyini çəkilişlər zamanı bir daha sübut etdi. Mətbuatdan oxumuşdum ki, Türkiyədə çəkdirdiyi klipinin Bakıda baş tutan təqdimat mərasimində jurnalistlərdən bir neçəsi bu qızı "plastilin"ə bənzətməkdən belə çəkinməmişdi. Yəni, verilən bütün tapşırıqların öhdəsindən layiqincə gəlməyi bacardığı üçün bu bənzətmə ortaya çıxıb. \"Sevmə ürək\" klipinin çəkilişləri zamanı bir daha bunun şahidi oldum.

Bir maraqlı məqamı diqqətinizə çatdırmaq istəyirəm. Mahnının səslənmə sürətini komputerlə artırmışdım. Və inanın Zarina heç bir məşq etmədən, ilk dubldan tələsik ifasını belə əzbərdən oxudu. Heyran qalmamaq mümkünsüz idi".

Qeyd edək ki, ekran eşinin HD formatda başda operator Emil İmamverdiyev olmaqla peşəkar komanda ilə birlikdə ərsəyə gəlib.

Klipdə müğənninin imici üzərində ölkənin əsas top-stilisi Anar Ağakişiyev çalışıb. Nadir hallarda müğənnilərin klip çəkilişlərin qatılan stilist Zarinanı istisnalar sırasında gördü.

"Mən özümü bir çox obrazlarda görməsəm də, Anar peşəkar stilist olaraq görkəmimdə istədiyi dəyişikliyi etdi və açığı hər şey ürəyimcə oldu. Anara isə təşəkkür edirəm ki, gecə saatlarına qədər bizimlə oldu"-deyə Zarina fikirlərini bölüşüb.

Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə