“Maestro” Ceyhunun yeni biznesi

Azərbaycanlı musiqiçi "Maestro" Ceyhun yenilikləri haqda danışıb. SİA-ya açıqlama verən Ceyhun bunları deyib: "Yeni diskim və kilipim işıq üzü görəcək. Yeni diskimin adı "Qubadlı" olacaq. Bundan da əlavə müğənni Səadət Cəfərovayla yeni mahnı üzərində işləyirik. Səadət xanım mahnıma klip çəkdirəcək. Klipin rejissoru isə Ülviyyə Könül olacaq".

Qeyd edək ki, "Maestro" Ceyhun musiqidən əlavə olaraq bizneslə məşğul olduğunu da deyib. Musiqiçi yeni restoran açdığını dilə gətirib.


Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə