Bakıda qonaq olan Ruslana Xocalı Soyqırımına hörmət əlaməti olaraq oxumayacaq
Ermənistan müğənniləri Azərbaycana gəlməkdən imtina etdiyi bir zamanda Ukraynaya "Eurovision-2004"-də qalibiyyət qazandıran müğənni Ruslana paytaxtımızın qonağıdır. SİA-nın məlumatına görə, müğənninin səfərinin məqsədi bu dəfə özəl bir gecədə qonaq olmaqdır.
Paytaxt restoranlarının birinin açılışına təşrif buyuran müğənni yaxın dostunun dəvəti ilə Bakıya gəlib. Ancaq müğənni bu çıxışı və nümayiş etdirdiyi performansları ilə deyil sadəcə məclisdəki iştirakı ilə yadda qalacaq.
Qonaq qismində məclisə qatılan Ruslana açılış zamanı heç bir mahnı səsləndirməyəcək. Bunun səbəbi isə Azərbaycan xalqının qanlı Xocalı Soyqırımı ərəfəsində olmasıdır.
Qeyd edək ki, açılış bu gün baş tutmalıdır. Məşhur müğənni isə məclisə gecə saat 23:00-da qatılacaq. Onun Ukraynaya dönmə tarixi dəqiq məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB