Azərbaycanlı ifaçı Bəyimxanım Mirzəyeva efirlərə gec-gec çıxmağının səbəbini açıqlayıb. Xanəndə-müğənni SİA-ya açıqlama verərək bunları deyib: " Hər verilişin dəvətini qəbul etmirəm. Eyni zamanda muğam ifaçısı olduğum üçün qalmaqallı verilişlərdən kənar gəzirəm. Adımda da xanım sözü olduğu üçün özümə qarşı hörmət görürəm. Öz səviyyəmi heç zaman aşağı salmaq fikrim yoxdur".
Xanəndə ifaçılıq üslubundan da söz açıb: "Heç vaxt muğamı unudub estradaya üstünlük verə bilmərəm. Çünki mənim xəmirim muğamla yoğrulub. Ağaxan Abdullayev kimi sənətkardan 14 il dərs almışam. Əsas sənətim xanəndəlikdir. Ancaq onu da nəzərinizə çatdırım ki, "Yağış" mahnısı ilə tanınmışam. Sözügedən mahnı ilə möhürüm vurulub və dinləyicilərim tərəfdən də uğurla qarşılanıb. Ancaq təlabat olduğu üçün ara-sıra bəstəkar mahnıları da ifa edirəm"-deyə Bəyimxanım əlavə edib.
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB