Rəhim Rəhimli ilə gənc müğənni arasındakı 7 illik sirr açıldı-FOTOSESSİYA
Müğənni Kəmalə Qaramollayeva 7 il öncə tanış olduğu həmkarı ilə yenidən bir araya gəlib. Bu günlərdə səsyazma studiyasında birlikdə görünən sənətçilər illərin dostu olduğunu deyiblər. Sən demə, qalmaqallı şou-biznesdə Kəmalə ilə Rəhim arasında hər zaman yaxşı münasibət olub. Dostları yenidən bir araya gətirən isə "Vay aman" mahnısıdır.
Kəmalənin SİA-ya verdiyi məlumata görə, dostu Rəhimin yeni mahnısının ifaçısı məhz o özüdür: "Bəlkə də çoxları bilmir, amma mən 7 ildir ki, Rəhimlə dostam. Hər zaman bir-birimizə qarşı hörmətlə yanaşmışıq, əlimizdən gələni etmişik. 7 il öncə sənətdə yeni olduğum zamanlarda da onun dəstəyini hiss edirdim. Bizim bundan öncə də işbirliyimiz olmuşdu. Bu artıq ikinci mahnıdır".
Müğənninin sözlərinə görə, şıltaq qızın əks cinsə olan münasibətindən bəhs edən mahnı onun xarakterinə tam şəkildə ziddir: "Burada şıltaq qızın kaprizlərindən bəhs olunur. Amma mən əslində heç də şıltaq deyiləm. Əksinə çox ciddiyəm, nadir hallarda deyib-gülürəm. Bundan öncə oxuduğum "Tükəndim" mahnısı tam mənim xasiyyətimə uyğundur. Əslində bir az narahatam. Çünki, "Tükəndim"dən sonra "Vay aman" oxumaq çox məsuliyyətlidir. Həm lirikadan ritmik mahnıya keçid etmək, həm də fərqli obrazlar".
İsti havaların hitinə çevirləcəyi gözlənilən bu mahnının klip çəkilişində bəstəkarı Rəhim Rəhimli də yaxından çıxış edəcək. Ancaq müğənni Rəhimin bu işdə ona necə dəstək olacağını hələlik sirr saxlamaq niyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB