Yeni fotosessiya çəkdirən rəqqasə Fatimə Fətəliyeva rəqqasəliklə yanaşı qədim adət ənənələrimizin də təbliği ilə məşğul olmağa çalışır. Belə ki, xanım sənətçi son zamanlar dəbdə olan xına mərasimlərinin təşkilatçısı kimi də fəaliyyət göstərir. Folklar janrlarımızdan adət-ənənələrin yaşadılması, müasir gənclərə təbliği istiqamətində təkcə el mərasimlərində deyil, eyni zamanda müxtəlif proqramlarda, verilişlərdə milli adətlərimizi təqdim edir ki, bu da el şənliklərimizdə, ayrı-ayrı milli bayramlarımızda Azərbaycan xalqına məxsus ritualların, milli oyunların itməməsi, Adət-ənələrimizin unudulmaması istiqamətində atılan addımlardır.
Rəqqasə professional rəqqasə kimi fəaliyyət göstərməklə yanaşı eyni zamanda pedaqoq kimi də çalışır. Bundan əlavə Göyçək Fatimənin adı bu gün şou biznesin biznes –lediləri sırasında da hallanır.
"Rəqqasə olmaqla yanaşı bizneslə də məşğul oluram. Bunu gizlətmirəm. Öz şəxsi iş yerim var. Xına mərasimlərini, ad günləri və digər mərasimlərin təşkil olunmasını həyata keçirirəm. Bir də əsas odur ki, həqiqətən bu sahədə çalışarkən təkcə maddi mənfəət güdmürəm. Eyni zamanda milli adətlərimizin təbliğ olunmasına çalışıram. İnanın ki, bu işə çox ciddi yanaşıram. Araşdırmalar aparıram, folklor nümunələri ilə tanış oluram, folklorşünaslarla söhbətlər aparıram ki, onlardan daha çox məlumat əldə edim. Bu o qədər də asan deyil. Hətta mərasimlərin təşkilində ən xırda aksessuarların hazırlanmasında belə folklor nümunələrimizdən qaynaqlanıram. Bununla yanaşı rəqqasə kimi də ciddi işlər üzərində çalışıram. Yəni tənbəllik etmirəm. Hazırda böyük layihə üzərində çalışıram. Ancaq layihə barədə məlumat vermək istəmirəm. Düzünü desəm, bir balaca hamını intizarda qoymaq istəyirəm. Çünki çox maraqlı olmalıdır. İşlər bitdikdən sonra mətbuata açıqlama veriləcək", -deyə rəqqasə SİA-ya danışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB