Xalq artisti qastrol səfərinə gedib

Xanəndə, xalq artisti Nəzakət Teymurovanın İtaliyanın \"Filmay\" musiqi şirkəti tərəfindən diski hazırlanıb. SİA-nın xəbərinə görə, sözügedən diskin Avropanın bir neçə ölkəsində satılması nəzərdə tutulub.

Azərbaycandan kənarda xanəndəmizin diskinin hazırlanması təbii ki, Azərbaycan musiqisinin təbliğində önəmli rol oynayır. Disk barəsində rəy bildirən bir neçə mütəxəssis Azərbaycan musiqisinin dünya miqyasında tanıdılmasında diskin əhəmiyyətini vurğulayıb. Onlar \"Filmay\"in layihəsini dəstəkləyiblər. İngiltərə, İtaliya, Fransa mətbuatında dəfələrlə Nəzakət Teymurovanın səsi barədə məqalələr dərc olunub.

Qeyd edək ki, sözugedən diskə daxil olan bir neçə mahnı artıq onlarla ölkənin radiosunda səslənir. Həmin diskə daxil olan bir neçə mahnı Almaniyanın "Qlobalize" radiosunda səsləndirilib. Xüsusilə N.Teymurovanın Almaniya radiosunda "Vord Beat" (Dünya Ritmləri), İspaniyanın "Mundofonşas" radiolarında "Aşiqəm" mahnısı böyük marağa səbəb olub.


Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə