Azərbaycan estradasının tanınmış bəstəkar- müğənnisi Nazim Məmmədov yeni layihələri haqda danışıb. SİA-ya açıqlama verən müğənni bunları deyib: " Eltonla Hüseynəliyevlə, İzzət Bağırovla, Sevda Yahyayevayla və Könül Kərmovayla yeni mahnılar üzərində çalışırıq".
Nazim şou-biznes əhlindən gileylənməyindən də geri qalmayıb: "Bəstələdiyim mahnıların adlarını müğənnilər dəyişərək öz istədikləri kimi ad qoyurlar. Aygün Kazımovanın ifa etdiyi "Dönək evimizə" mahnısının adı əslində "Sənli sənsiz" idi. Ancaq Aygün xanım mahnının adını dəyişərək öz istədiyi kimi ad qoydu. Ona görə də bəstələdiyim mahnıların adlarını qarışdırıram"-deyə əlavə edib.
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB