Məşhur “Rio Karnaval”ı başa çatıb - FOTOSESSİYA

Məşhur “Rio Karnaval”ı başa çatıb - FOTOSESSİYA
Braziliyada keçirilən məşhur "Rio Karnaval"ı başa çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 5 gün davam edən və 1-ci gün son parad mərasimi keçirilən karnavalda Rio de Janeyrodakı stadionların birində on minlərlə azarkeş ölkənin ən qabaqcıl Samba məktəblərinin şoularını izləyib.


Dünyanın ən böyük şousu bir neçə ölkədə canlı yayımlanıb. Bir-biriləri ilə rəqabət aparan 7 samba məktəbi birinci gün 720 metr uzunluğunda 72 min 500 adamın izlədiyi mərasim meydanından keçib.


Bazar günü və birinci gün keçirilən paradda ümumi 13 samba məktəbi minlərlə rəqsçisi və performansları ilə ən yaxşı məktəb seçilmək üçün yarışıb.

Qeyd edək ki, 850 min xarici turistin qatıldığı mərasimdə biletlərin qiyməti 50 dollardan başlayaraq satışa çıxarılıb. "Rio Karnavalı"nın şəhərdə 250 min iş yeri imkanı yaratdığını bildirən yerli rəsmilər, restoran, bar və otellərin qazancının 640 milyon dollara çatacağını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə