Xeyli müddətdir Türkiyədə fəaliyyət göstərən Azərbaycanın əməkdar artisti Azərin Bakıya gəlib. SİA-nın məlumatına görə, klassik ifası ilə hər zaman sevilən müğəninin Bakıya gəlməsinə səbəb Daxili Qoşunların yaranmasının 20 illik yubileyində iştirak etməkdir.
Daxili Qoşunların 20 illiyi ilə bağlı əməkdar artistin sözləri və musiqisi İlqar Novruzova məxsus olan "Daxili Qoşunların əsgəri" adlı klipi martın 12-də təqdim olunacaq.
Məlumat üçün bildirək ki, fevralın 23-də Azərin yenidən Türkyəyə dönəcək. Əməkdar artist Xocalı soyğırımı ilə bağlı bir sıra tədbirlərdə iştirak edəcək. O cümlədən TRT-nin bir neçə kanalında verilişlərin qonağı olacaq sənətçimiz bu proqramlar vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa çalışacaq.
Onu da qeyd edək ki, Azərin fevralın 25-də İzmirdə, fevralın 26-da İstanbulda iki tədbirdə, fevralın 27-də Ankarada, fevralın 28-də Adanada keçiriləcək tədbirlərdə iştirak edəcək.
Eyni zamanda müğənni Azəri-Türk Qardaşlar Birliyinin Platforması çərçivəsində bir sıra tədbirlədə iştirak edəcək.
Mart ayında isə Azərin yenidən TRT Avazda və TRT Muzikdə maraqlı proqramlarla aparıcı olaraq efirə çıxacaq.
Bu ilin sonuna qədər də Azərin Heydər Əliyev adına Sarayda solo konsert proqramı ilə çıxış etməyi də nəzərdə tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB