Gənc müğənni Rövşən Civişov yeni layihəsi ilə şou biznes aləmini silkələcəyini idda edir. Müğənninin SİA-ya verdiyi məlumata görə, o, yeni mahnısının hitə çevriləcəyinə əmindir: "Mən solo karyearamda hit mahnılara imza atmağı qarşıma məqsəd qoymuşam. Əminəm ki, təqdim edəcəyim yeni mahnıların hər biri şou biznesdə səs yaradacaq. Çünki ifama, səsimə, və oxuduğum mahnılara əminəm".
Rövşən "Unutmaram" adlı mahnısına klip çəkdirib. Sözləri müğəninin özünə, musiqisi Abbas Elşənoğluna məxsus olan mahnının rejissoru Könül Əlizadədir.
Xatırladaq ki, adıçəkilən klip müğənninin Türkiyədəki Seyhan Muzikl şirkətində hazırlanan albomuna da daxil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB