3 ildir ailə quran azərbaycanlı teleaparıcılar valideyn oldular

3 ildir ailə quran azərbaycanlı teleaparıcılar valideyn oldular

Tanınmış teleaparıcı cütlük Azər və Vüsalə İsmayılovlar nəhayət valideyn oldular. SİA-nın məlumatına görə, bir neçə gün öncə paytaxtın özəl klinikalarının birində ana olan Vüsalə dünyaya qız övladı gətirib. Körpəsinin adını Dilək qoyan cütlük bu uşağı uzun illərdir gözləyirdilər.

Qeyd edək ki, Vüsalə 10 il öncə ağır əməliyyat keçirib. Teleaparıcı hətta həyatını itirmək təhlükəsi ilə üz-üzə qalıb. Lakin onun anası qızına bir böyrəni verərək həyatını xilas etmiş olub.

Azərin sözlərinə görə, o Vüsalə ilə evlənərkən onun səhhətindəki problemdən xəbəri var idi.

Bütün xəbərlər Facebook səhifəmizdə