Azərbaycanın əməkdar artisti, müğənni-bəstəkar Elza Seyidcahan haqsızlıqla üzləşib və bəzi baş verən hadisələri qəbul etmir. Müğənninin SİA-ya verdiyi açıqlamaya görə, onun haqda kimlərsə şayə yayıb və yalan xəbərlər yazırlar. Redaksiyamıza telefon açaraq baş verənləri bizimlə bölüşən əməkdar artistin dediyinə görə, kimlərsə onu bəzi televiziya kanallarından uzaqlaşdırmağa çalışır: "Həyatda yaxşılıq və köməklik edəndə kimlərsə qıcıqlanır. Haqqımda bəzi həqiqətə uyğun olmayan xəbərlər dolaşır. Deyirlər ki, Xəzər TV ilə problemlərim var. Güya onlar mənim hansısa mahnımı düz səsləndirmədikləri üçün sözügedən kanalın əməkdaşlarını təhqir etmişəm. Ancaq bu şayələr düzgün deyil. Xəzər TV-nin rəhbərliyindən tutmuş əməkdaşlarına qədər hamısına böyük hörmətim var və mənim həmin kanalla heç bir problemim yoxdur. Çünki Xəzər TV-nin rəhbərindən hər zaman hörmət görmüşəm".
Əməkdar artist iddia edir ki, bu cür xəbərlər bəzi internet saytlarında da dərc olunub. Haqqında yazılan yalanları qəbul etməyən müğənni təqzib verməkdə israrlı idi: "Anlamıram, necə olur ki, məndən xəbərsiz haqqımda xəbərlər yazılır? Ona görə özüm sizə müraciət etdim. Bilirəm ki, ən dəqiq və düzgün xəbəri məhz siz yazacaqsınız. Bu yalan məlumatı mən özüm oxumamışam. Amma sözügedən kanalın əməkdarşlarının dediklərinə görə, onlar yazı ilə tanış olublar. Mən artıq bilmirəm nə edim ki, bu cür özbaşınalığa son qoyulsun. Demədiyim sözləri necə yaza bilirlər axı. Hər zaman Xəzər TV-nin əməkdaşlarından razı qalmışam. Çünki mənim bütün layihələrimi dəstəkləyiblər və inanıram ki, bu gündən sonra da əməkdaşlığımız davam edəcək. Bu yaxınlarda konsertim baş tutdu. Konsertimin aparıcıları da Xəzər TV-nin əməkdaşları idi. Onlar hətta mənəvi tərəfdən də mənə kömək etdilər. Xahiş edirəm, heç kim ürək bulandırmasın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB